Sərnişin daşıma və transfer xidmətləri

MİKROAVTOBUS VƏ AVTOBUS XİDMƏTİ

Mikroavtobus və avtobus xidmətinə fərdi transfer xidmətinin bütün xüsusiyyətləri daxildir, lakin biz bu xidməti böyük insan qrupları üçün tövsiyə edirik.

FƏRDİ FLEKS TRANSFERİ

Fleks Transferi ilə Şatl xidməti arasındakı fərq ondadır ki, siz təyinat nöqtəsinə tez çatdırılacaqsınız. Fleks Transferi ilə Fərdi Transfer arasındakı fərq ondadır ki, siz bu xidmətdən başqa sərnişinlərlə birgə istifadə edəcəksiniz.

VIP TRANSFER

VIP transferə fərdi transfer xidmətinin bütün xüsusiyyətləri daxildir, lakin əlavə olaraq siz rahat və dəbdəbəli avtomobildə səyahət edəcəksiniz.

FƏRDİ TRANSFER XİDMƏTİ

Fərdi transfer xidməti – xüsusi olaraq öz ailəsi, dostları və ya biznes qrupu üçün ayrılmış fərdi avtomobil və sürücüdən yararlanmaq istəyən sərnişinlər üçün nəzərdə tutulub. Bu xidmətə görə ödəniş haqqı istifadə olunacaq nəqliyyat vasitəsinin növünə uyğun olaraq müəyyən edilir, hansı ki öz növbəsində sərnişinlərin sayından asılıdır. Fərdi transfer, sizin reysinizin aeroporta gəliş vaxtına uyğun olaraq təşkil olunduğu üçün, gözləmə vaxtı istisna olunur və bu xidmət sizi birbaşa seçdiyiniz təyinat nöqtəsinə aparır. Fərdi transferə görə ödəniş haqqı sərnişinlərin sayına görə deyil, sizə tələb olunan avtomobillərin sayına görə tutulur. Fərdi transfer xidməti çərçivəsində siz istənilən şəxsi ünvana gedə bilərsiniz.

ŞATL TRANSFER XİDMƏTİ

Bu 24-saatlıq şatl xidmətidir. Transfer sifariş etmiş sərnişinlərin sayından asılı olaraq, sizi ya furqonda, ya mikroavtobusda, ya da ki avtobusda gəlib aparacaqlar. Şatl xidməti kollektiv xidmətdir, bu isə o deməkdir ki, xidmətə görə çox sərfəli ödəniş haqqı tutulur. Sərnişin daşıma nəqliyyat vasitələri sizi əvvəlcədən qeyd edilmiş təyinat nöqtələrinə, məsələn otelə, kurorta və ya dayanacağa çatdıracaqlar. Şatl xidmətini sifariş etdikdə, sizi yalnız rezervasiya formasında qeyd etdiyiniz təyinət nöqtəsinə çatdıracaqlar. Nəzərə alın ki, şatl xidməti şəxsi ünvanlar üzrə hərəkət etmir. İstifadə olunan bütün nəqliyyat vasitələri havalandırma sistemləri ilə tam təchiz olunublar. Baqajın götürülməsinə və pasport nəzarətinə 45 dəqiqə vaxt ayırmağınız tövsiyə olunur. Əksər təyinat nöqtələrində sizə şatl avtobusunun aeroportdan çıxmasınadək təxminən 45 dəqiqə gözləmək lazım olacaq. Nəzərə alın ki, sərnişinlərin düşürülməsi üçün dayanmaların sayı sərnişinlərin sayından asılı olaraq dəyişə bilər.