2020-ci ilin logistika texnologiya trendləri

Müxtəlif yerlərdə və müxtəlif yollarla saxlanılan məlumatların istifadəsi ilə məşhur olan logistika sənayesi, yeni texnologiyaların tətbiqi və trendlərin izlənilməsi ilə bəlkə də ən çox qazanan sahə olmaqdadır.

Artan texnologiya yenilikləri sənaye sahələrində böyük dalğalanmalara səbəb olur ki, bundan da ən çox təsirlənən sektorlardan biri logistika və tədarük zənciridir. Müxtəlif yerlərdə və müxtəlif yollarla saxlanılan məlumatların istifadəsi ilə məşhur olan logistika sənayesi, yeni texnologiyaların tətbiqi və trendlərin izlənilməsi ilə bəlkə də ən çox qazanan sahə olmaqdadır.

Son illərdə logistika sənayesi üçün süni zəka, qabaqcıl analitika və avtomatlaşdırma kimi sahələrdə inkişaf müşahidə edilməkdədir. Texnologiyanın hər zamankindən daha sürətlə inkişaf etməsinə paralel olaraq, bu yeniliklərə hazır olan şirkətlər də sürətli şəkildə ortaya çıxır. Bu qədər sürətli yeniliyin olduğu zamanda logistika şirkətləri ya duruma uyğunlaşmalı ya da geridə qalmalıdır.

Lakin texnologiyadakı irəliləyişlər logistika sahəsinə təsir edən tək dəyişiklik deyil. Logistika şirkətləri yeni nəqliyyat qaydalarından doğan qlobal gərginliklər və ticarət müharibələrindən tutmuş proqnozlaşdırılan iqtisadi tənəzzülə qədər ayıq olmağa çalışmalı və hər cür dəyişikliyə hazır olmalıdırlar.

Şirkətlərin 2020-ci ildə diqqət etməli olduğu ən yaxşı logistika texnologiya trendləri:

Süni və Genişlənmiş İntellekt

Son bir neçə il ərzində logistika sənayesi ağıllı nəqliyyat, marşrut və tələbin planlaşdırması da daxil olmaqla Süni intellektlə inteqrasiya etməyə başlayıblar. Lakin unutmamaq lazımdır ki, bu hələ başlanğıcdır. Süni intellekt çatdırılma robotları, anbar avtomatlaşdırılmış seçmə sistemlərindən tutmuş, optimallaşdırma proqramlarına qədər logistika sahəsində çox böyük dəyişikliklərin olmasına səbəb olmaqdadır. Tədarükçü və istehlakçıların əksəriyyəti logistika texnologiya yeniliklərindən faydalanmaq istəyirlər.

Süni intellektlə yanaşı, genişlənmiş intellektin də istifadəsində artış gözlənilməkdədir. Genişlənmiş intellekt insan zəkasını süni intellektin avtomatlaşdırılmış prossesləri ilə birləşdirir. Bunu da deyək ki, logistika sənayesi sektorunda genişlənmiş intellekt sadəcə və sadəcə süni intellektdən üstündür. Gartnerin fikrincə, genişlənmiş intellekt 2.9 trilyon dollarlıq iş dəyəri yaradacaq və 2021-ci ilədək qlobal miqyasda 6.2 milyon saatlıq işçi məhsuldarlığının artmasına səbəb olacaqdır.

Rəqəmsal əkizlər

Rəqəmsal əkizlər 2020-ci ildə diqqət mərkəzində olacaq logistika sənayesi texnologiya trendlərindən biri hesab olunur. Bir çox logistika mütəxəssislərinin də bildiyi kimi, məhsullar heç vaxt kompyuter modelləri ilə eyni olmur. Modelləşdirmə hissələrin necə köhnəldiyini, dəyişdirildiyini, dəyişən ehtiyaclara uyğun olaraq necə dəyişiklik göstərdiyini nəzərə almır. Bununla birlikdə, rəqəmsal əkizlər texnologiyası bunu birdəfəlik dəyişir: indi fiziki və rəqəmsal dünyalar bir araya gətirilə bilər.

Logistikada rəqəmsal əkizlər üçün potensial istifadə halları genişdir. Rəqəmsal əkizlər məhsul və qablaşdırma məlumatlarını toplamaq üçün istifadə edilə bilər və bu məlumatlar gələcək əməliyyatların yaxşılaşdırılması üçün də yararlıdır. Həmçinin, anbarlar və obyektlərin dəqiq 3D modellərini yaratmaq və təsirini görmək, bununla belə yeni avadanlıqların tətbiqini sınaqdan keçirmək üçün də istifadə edilə bilər. Bundan əlavə, logistika mərkəzləri rəqəmsal əkizlər yarada və onlardan fərqli ssenariləri sınamaq və səmərəliliyi artırmaq üçün istifadə edə bilərlər. Çatdırılma şəbəkələri, çatdırılma müddətini və nəqliyyat vasitələrini daha da yaxşılaşdıracaq məlumatı təmin etmək üçün texnologiyadan istifadə çox yararlıdır. Bu kimi vasitələrlə il ərzində nələrin inkişaf etdiyini görmək də maraqlı olacaq.

Blockchain

2008-ci ildə gəlişindən bəri, Blockchain, ən çox səs-küy gətirən logistika texnologiya trendlərindən birinə çevrilmişdir. Bununla birlikdə, ictimaiyyət blockchainin mürəkkəb konsepsiyasını başa düşməkdə çətinlik çəkirdi. Logistika daxilində və xaricində istifadədə inanılmaz potensiala sahib olmasına baxmayaraq, real olaraq inkişafında böyük əskikliklər var idi.

Blockchain, müəyyən bir şəbəkədəki kompyuterlər arasında paylanan əməliyyatların açıq kitabıdır. Blockchain-dəki hər kəsin eyni əməliyyat kitabçasına girişi olduğu üçün istifadəçilərin sistemi hack etməsini qeyri-mümkün edən tam şəffaflıq mövcuddur və bununla da üçüncü tərəfin iştirak ehtiyacını aradan qaldırır. Bu da logistika sənayesində müxtəlif daşıyıcı və ya yükgöndərənlərin həssas məlumatları bölüşməsini asanlaşdıra bilər.

Ancaq logistika şirkətlərinin blockchain-i tamamilə mənimsəməsi üçün hələ bir neçə addım lazımdır. Birincisi, logistika şirkətləri məlumatlarını rəqəmsallaşdırmalı, standartlaşdırmalı və təmizləməlidirlər. Sənaye səviyyəsində bir standart tətbiq edildikdən sonra, şirkətlər standartı icazəsiz blockchain mühitində istifadə etmək üçün təchizat zənciri tərəfdaşlarının ekosistemini yaratmalıdırlar.

Anbar Robotexnika

Şübhəsiz ki, son illərdə anbar əməliyyatları əhəmiyyətli bir dəyişikliyə uğramışdır. Bunun tədricən texnologiya ilə inteqrasiyasını göz öznündə tutaraq deyə bilərik ki, anbar robotexnika logistika trendlərindən birinə çevrilməkdədir. 2019-cu ilin Qlobal Müştəri Hesabatına görə anbar robotlarının istifadəsində illik %18 artım var. “Handle” buna əla bir nümunədir. Boston Dynamics az yer tutan, uzun məsafə və görmə sistemi olan avtonom bir robot hazırlamışdır ki, bu yük maşınlarını boşaltmaq, altlıqlar düzəltmək və istənilən anbarda qutuları hərəkət etdirməyə imkan verir.

Sürücüsüz nəqliyyat vasitələri və ya çoxfunksiyalı robotlar olsun, robotlaşdırma anbar proseslərinin səmərəliliyini və sürətini əhəmiyyətli dərəcədə artıra bilər. GreyOrange və Locus Robotics kimi şirkətlər artıq anbar ətrafında müstəqil hərəkət edən robotlar istifadə etməkdədir. 2020-ci il ərzində bu kimi robotlardan istifadə artmağa başlayacaq.

Markzone