Turizm marketinqi üçün addımlar

Turizm sadəcə gəlib yeyib, içib, gəzmək deyil. Gələn insanların potensial investor olmaları da deməkdir. Buna görə, turizm önəmli bir anlayış halını almışdır. Bu yazıda, turizm marketinqi (Destinasiya marketinqi) üçün nələrə diqqət etmək lazımdır, hansı addımları atmaq lazımdır bunlara toxunacağıq.

Turizm biznesi ölkələr üçün kifayət qədər ciddiyə alınabiləcək bir sektordur. Çünki turizmdəm gələn gəlir sadəcə bir sahəni gəlirlə təmin etmir. Öz altında bir çox sektoru da ehtiva edir. Nəqliyyatdan pərakəndəciliyə, otellərdən digər xidmət sektorlarına qədər. Bir çox sahə və hətta lokal əhali də burdan gəlir əldə edə bilir. Bu səbəbdən, turizm bütün ölkələr üçün iqtisadiyyatı canlandırmaq adına maraqlıdır. Çünki turizm sadəcə gəlib yeyib, içib, gəzmək deyil. Gələn insanların potensial investor olmaları da deməkdir. Buna görə, turizm önəmli bir anlayış halını almışdır. Bu yazıda, turizm marketinqi (Destinasiya marketinqi) üçün nələrə diqqət etmək lazımdır, hansı addımları atmaq lazımdır bunlara toxunacağıq. Öncə aydınlıq gətirməyimiz lazım olan mövzu destinasiya marketinqinin nə olmasıdır. Destinasiya marketinqi bir bölgəni turistlər üçün daha cəzbedici etmək, seçim etdikləri zaman bura yönəlmələri ilə məşğul olan bir sahədir. O zaman destinasiya marketinqi zamanı nələrə fikir vermək lazımdır baxaq.

1. Turizm marketinq planı hazırlanmalıdır.

Hər işdə olduğu kimi, burda da bir planın olması mütləqdir. Boşuna deyilməyib, ən pis plan, plansızlıqdan yaxşıdır. Siz yenə də ən pis plan yerinə daha yaxşısını hazırlamağa səy göstərin. Nəyə görə plan önəmlidir? Çünki, işlər bir plan çərçivəsində getmədikdə, bir müddətdən sonra zehni qarışıqlıq meydana gələcək. Biz nə edirik, niyə belə edirik, bəlkə daha yaxşı edə bilərik kimi suallarla diqqət dağılacaq. Bir müddət sonra bu, bütün sistemdə motivasiya düşməsinə səbəb olacaq. Bu cür halların qabağını almaq üçün plan mütləqdir. Bütün addımların bir xəritəsi olmalıdır. Biz nə edəcəyik, nə zaman edəcəyik, nələrlə üzləşə bilərik? Bütün bu və bunun kimi suallara hazırlıqlı olmaq lazımdır. Əvvəlcədən atılacaq addımları müəyyən etmək, qərar zamanı çevik idarəetməni təmin edir.

2. Influencer marketinqi dəyərləndirin.

Internet infrastrukturu gücləndikcə, daha çox insan qoşulduqca bütün sosial media tətbiqləri öz kütləsini artırır. Instagram, YouTube, bloggerlər və s. Bir çox platformada influencer’lar artmaqdadır. Müxtəlif sahələrdə çalışan iş adamları influencer’lar-dan düzgün istifadə edə bildikdə, öz bizneslərini böyütmələri qaçınılmazdır.

Turizm sahəsində fəaliyyət göstərənlər, influencer’larla düzgün münasibət qurduqda, onların kütləsi üçün maraqlı bir destinasiya olur. Bu vaxt win-win nəzəriyyəsi işə düşür. Influencer’lara bir kontent yaratmaları üçün imkan verin, onlar da qarşılığında sizin reklamınızı öz kütlələrinə çatdırsın. Bunun üçün minlərlə seçim şansı vardır. Düzgün olan hədəf kütləni müəyyən etdikdən sonra, influencer’larla işləmək atılacaq doğru addımlardan biri ola bilər.

3. Destinasiyanız üçün bələdçi tərtib edin.

Gələcək insanların turist olduğunu unutmayın. Təbii ki, o insanlar gəldikləri əraziləri kifayət qədər tanımır. Hara getmək lazımdır, necə getmək olar, kimi suallar mövcuddur. Turistləri öz destinasiyanızda tam rahat edə biləcək şəkildə bir bələdçi tərtib edə bilərsiniz. Bu yaxşı olar ki, bir mobil tətbiq halında olsun, ancaq seçim üçün çap versiyasını da təqdim edə bilərsiniz. Orada şəhəriniz üçün və ya əraziniz üçün kifayət qədər informasiya olmalıdır. Əlavə olaraq, onun dili və dizaynı axıcı və sadə olmalıdır ki, turistlər oxuduqda çətinlik çəkməsin. Əksər turist ziyarət zamanı getdikləri ərazilərin bir çox yerlərini görmədən gedirlər. Belə halları qarşısına almaq üçün düzgün hazırlanmış bir bələdçi, öz destinasiyanız üçün daha effektiv bir rol üstlənəcəkdir.

4. Müzakirə platformaları yaradın.

Müzakirə platforması demək, insanların sizin destinasiya ilə bağlı olan fikir və suallarını müəyyən edib, cavablandırmaqdır. Təbii ki, bunun üçün sosial media platformalarını aktiv istifadə etmək lazımdır. Müştərilərlə əlaqəni gücləndirməklə yanaşı, bu platformalar müştəriləri daha yaxından tanımağa imkan verir. Bu səbəbdən, daha aktiv platforma, daha çox insan, daha çox sual və verilən informasiyalar daha çox potensial müştəri deməkdir. Bunun üçün, Facebook, Instagram, Twitter, YouTube üçün fərqli bir kontent strategiyası ilə kütləni informasiya ilə təmin etmək olar.

5. Data ilə işləməyə önəm verin

Data hər sahədə önəmli olduğu kimi, turizmdə də xüsusi önəmə sahibdir. Çünki gəliri formalaşdıran və ya gətirən insandır. Hər bir insan bir data toplusudur. Bu insanı nə qədər yaxşı tanısaq, yəni nə qədər çox data olsa, xidmətlərimizi də onlara uyğunlaşdıra biləcəyik. Gələcək turistin yaşını, nələrə önəm verdiyini, daha çox nəyə marağı olduğunu və bu kimi onlarla sualın cavabını müəyyən etmək, onlara uyğun daha yaxşı xidmət təmin etmək deməkdir. Bu da turizm marketinqində daha uğurlu və uzun müddətli olmağı təmin edəcək.

6. Brendləşməyə fokuslanın

Brendləşmə tamamilə seçilən və ya qurulan strategiyaya məxsus bir nüansdır. Bəziləri şəhəri bir tema ilə əlaqələndirə bilir. Bəziləri şəhəri sevgi şəhəri olaraq görür. Bəziləri rənginə görə, bəziləri havasına görə, bəziləri yeməklərinə görə. Brendləşmə üçün bir strategiya qurulmağı mütləqdir. Çünki strategiyanın mərkəzində bir hekayənin olması daha təsiredici olur. Bunun üçün yaxşı olar ki, öz destinasiyamız üçün xüsusi olan bir faktoru tapaq və strategiyanı onun üzərinə inşa edək. Çünki dünyada hal-hazırda külli miqdarda səyahət üçün alternativ mövcuddur. Ancaq brendləşmə bu çoxluğun içində sizin təklifinizi daha diqqətçəkici edəcək. Yəni uğurlu brendləşmə strategiyası daha çox tanınırlıq və daha çox müştəri deməkdir.

7. Destinasiyanızı xüsusi edən faktorları müəyyən edin. 

Ölkənizin, şəhərinizin və ya bölgənizin turizm marketinq strategiyasını qurarkən oranın sahib olduğu fərqləndirici xüsusiyyətləri müəyyən edin. Çünki bunlar, ümumilikdə marketinq strategiyaları üçün data rolunu oynayır. Öncə sadaladığımız bütün maddələrdə bunlara ehtiyac var. Influencer’larla iş zamanı, brendləşmə zamanı, bələdçi tərtib edərkən və s. bu fərqləndirici məlumatlara ehtiyac var. Sıradan bir bölgəni, standart xüsusiyyətlərlə satmağa çalışmaq çətindir. Ancaq o bölgənin sahib olduğu fərqli xüsusiyyətləri düzgün şəkildə, düzgün yolla, doğru insanlara çatdırdığımız zaman xitab edəcəyimiz potensial kütlə qat-qat çox olacaq.

Bu yazıda destinasiya marketinq mövzusu olduqda hansı başlıqlarla işi ələ almaq lazımdır, onlara baxdıq. Təbii ki, marketinq strategiyasını tərtib edən tərəfə görə bu işin səviyyəsi dəyişir. Bu səbəbdən, ilk öncə firma və ya işi edəcək kimsə özünü düzgün tanımalı, daha sonra məqsədlərinə uyğun olan strategiyanı tərtib etməlidir.

Google My Business nədir? Məqaləsini buraya klikləyərək oxuya bilərsiniz.

Markzone